Cybernet MMC texnoparkda rezidentlik əldə edib
12.01.2024
"Cybernet" MMC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən texnologiyalar parkının texnoparkdan kənar rezidenti olaraq fəaliyyət göstərilməsi üçün qeydiyyat şəhadətnaməsi ilə təltif olunmuşdur. Bu təltifetmə mərasimi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnopark rezidentləri ilə keçirdiyi görüş çərçivəsində baş tutmuşdur. Şəhadətnaməyə əsasən, "Cybernet" MMC şirkətinə Pirallahı Yüksək Texnologiyalar Parkından kənar proqram təminatının hazırlanması və inkişafı sahəsində fəaliyyət göstərilməsinə icazə verilir.
Rezidentlik və tədbir haqqında daha ətraflı məlumatları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi saytından əldə edə bilərsiz.