Elektron Xidmət Həlləri üzrə "İlin İT şirkəti"
2013-cü ildə “Business Time" jurnalının təsis etdiyi ənənəvi "Azeri Business Award-2013" Milli mükafatının təqdimetmə mərasimində Azərbaycanın sürətlə inkişaf edən İT şirkəti olan "Cybernet" MMC Elektron Xidmət Həlləri üzrə "İlin İT şirkəti" adına layiq görülmüşdür.
ISO-9001-2000- standartlarına uyğunluq
Cybernet şirkəti artıq 10 ildən artıq müddətdir ki, hər il ISO 9001 sertifikatına layiq görülür. Son olaraq 2021-ci ildə şirkətimiz keyfiyyətin idarə edilməsi üzrə ISO 9001:2015- standartlarına uyğun olmasına dair yoxlamadan uğurla keçmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı
Azərbaycan Respublikası Prezidentinin 11 Fevral 2010-cu il tarixli 738 saylı Fərmanına əsasən "Cybernet" şirkətinin 7 əməkdaşı, Vergilər Nazirliyinin İnformasiya Texnologiyalarının inkişafına verdiyi tövhəyə görə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilmişdir.
«Doing Bussiness 2009»
Dünya Bankının «Doing Bussiness 2009» hesabatında qeyd edilir: "Cybernet" şirkətinin məhsulları, hüquqi şəxslərin qeydiyyatdan keçməsi “bir pəncərə” sistemi və internet vasitəsilə elektron vergi bəyannamələrinin təqdim edilməsi sistemi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün əsas səbəblərindən biridir.
“İntellekt” mükafatı
2007-ci ildə şirkət tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün hazırlanmış AVİS Sistemi nümunəvi elektron hökumət xidmət sistemi kimi “İntellekt” mükafatına layiq görülmüşdür.