Xəbərlər

Cybernet MMC texnoparkda rezidentlik əldə edib
"Cybernet" MMC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən texnoparkdan kənar rezidenti olaraq fəaliyyət göstərilməsi üçün texnoparkın qeydiyyat şəhadətnaməsi ilə təltif olunmuşdur.
Novruz Bayramınız mübarək!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, səadət arzulayırıq.
Azərbaycan 190 ölkə arasında birinci yerdədir
Dünya Bankı tərəfindən ölkələrin iqtisadiyyat, biznes və investisiya mühitlərinin müfəssəl təhlili nəticəsində hər il dərc olunan “Doing Business” hesabatının 2020-ci il buraxılışında respublikamızın yüksək pillələrdə yer alması, xüsusilə də kredit əlçatanlığı (getting credit) üzrə 190 ölkə arasında bütün ölkələri geridə qoyaraq ilk yerdə qərarlaşması sevindirici amildir.
“Cybernet” Özbəkistanda bir sıra görüşlər keçirib
Cari ilin 04-05 oktyabr tarixlərində “Cybernet” MMC-nin nümayəndələri – şirkətin baş direktoru İlham Namazov və biznesin inkişafı üzrə direktoru Fuad Əhmədov Özbəkistanın paytaxtı Daşkənd şəhərinə təşkil edilmiş işgüzar səfərdə olmuşlar.
Özbəkistanın Elektron Hökumət Layihələrində Azərbaycanın müasir innovasiyalarından istifadə olunacaq
Azərbaycanının İnnovasiyaların İxracı Konsorsiumu (AZİNNEX) və Özbəkistan Respublikasının Prezidenti yanında Layihə İdarəetməsi üzrə Milli Agentlik yanında Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
“Cybernet” nümayəndələri Avropa Birliyinin Şərq Tərəfdaşlığı Biznes Forumuna qatılıb
Cari ilin iyun ayının 24-26 tarixlərində “Cybernet” şirkətinin baş direktoru İlham Namazov, biznesin inkişafı üzrə direktoru Fuad Əhmədov və biznesin inkişafı üzrə meneceri Vüsal Piriyev Rumıniyanın paytaxtı Buxarest şəhərinə işgüzar səfər edib.
Azərbaycan Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə “Karyera günü” keçirilib
16 may, 2019-cu il tarixdə Azərbaycan Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə “Karyera günü” keçirilib.
Novruz Bayramınız mübarək!
Sizi çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayırıq.
Növbəti karyera sərgisində iştirak
Bu gün  Şirkətimizin peşəkar əməkdaşları növbəti dəfə Bakı Ali Neft Məktəbinin kampusunda "ASAN kadr" karyera mərkəzi, Bakı Ali Neft Məktəbi və "Coca-Cola" Şirkətinin təşkil etdiyi 2-ci Karyera sərgisində iştirak etmişlər. 
“Cybernet” və Monqolustanın “Vertus Co.” şirkətləri arasında memorandum imzalanıb
Azərbaycanın qabaqcıl İT həllər təminatçısı olan “Cybernet” şirkəti özünün fəaliyyət coğrafiyasını genişləndirməkdə davam edir.