Elektron xidmətlər portalı (E-portal) dövlət qurumlarına ərizələr, bəyannamələr və digər müxtəlif tipli müraciətlər göndərmək üçün vətəndaşların və vergi ödəyicilərinin istifadəsinə verilən veb əsaslı bir proqram təminatıdır. Sistemin dizaynı müasir UX/UI standartlarına əsasən hazırlanmışdır. Sistem mikroservis arxitekturası əsasında qurulmuş, müasir veb texnologiyalarından istifadə edilmişdir.
E-portalın aşağıdakı əsas funksional imkanları vardır:
- İstifadəçinin ASAN imza, E-imza, şəxsiyyət vəsiqəsi, istifadəçi adı və parol ilə sistemə daxil olması;
- Şəxsi kabinetin formalaşdırılması;
- Ərizələrin, Bəyannamələrin, Qaimələrin və digər müraciətlərin tərtib edilməsi;
- Ərizələrin, Bəyannamələrin, Qaimələrin və digər müraciətlərin qaralamada saxlanması;
- Ərizələrin, Bəyannamələrin, Qaimələrin və digər müraciətlərin ASAN imza və E-imza ilə imzalanması və göndərilməsi;
- Qaralamada qalan və göndərilən müraciətlərə ətraflı baxış və axtarış edilməsi;
- Lazımi məlumatların excel fayla eksport edilməsi;
- Ərizələrin çap formasının hazırlanması;
- Sistem inzibatçısı fəaliyyətləri;
- Digər funksional imkanlar.