Keyfiyyət və Xidmət üzrə Siyasət
Cybernet MMC-nin (bundan sonra Şirkət) rəhbərliyi və əməkdaşları öz fəaliyyətlərində qüvvədə olan qanunvericiliyin və beynəlxalq standartların tələblərini əsas tutaraq Şirkətin müştəriləri üçün keyfiyyətli məhsul istehsalını və dəstək xidmətlərini həyata keçirməyi, bu istiqamətdə müştəriləri ilə bağladığı Xidmət Səviyyəsi Razılaşmalarının tələblərini vaxtında və tələb olunan səviyyədə təmin etməyi qarşısına başlıca məqsəd olaraq qoymuşdur.
Şirkət proqramlaşdırma sahəsində qabaqcıl texnologiya və metodlardan istifadə etməklə Azərbaycan və beynəlxalq bazarlarda yüksək mövqeləri əldə etməyi hədəfləyir.
Şirkətimiz, sadəcə olaraq, müştərilərinə məhsul satmaqla və xidmət göstərməklə kifayətlənmir, həmçinin məhsul və xidmətlərimizin tətbiqinə dair lazımi məsləhətlər verir və dəstək göstərir.
Keyfiyyət və Xidmət üzrə Siyasətimizin əsas prinsipləri aşağıdakılardır:
- Keyfiyyət və Xidmət üzrə Siyasətin Şirkətin strateji hədəflərinə uyğunluğunu təmin etmək;
- Məhsul və xidmətlərin əsas keyfiyyət xüsusiyyətlərini müəyyən edən proseslərə və texnologiyalara maksimum diqqət yetirilməsini təmin etmək;
- Davamlı araşdırma və müştərilərimizin rəy, tələb və gözləntilərinin təhlili əsasında onlara qarşı səmimi, keyfiyyətli və gülərüz xidmət göstərmək, onların qarşılaşdıqları çətinlikləri operativ şəkildə həll etməklə yüksək müştəri məmnuniyyəti çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı təmin etmək;
- Şirkətdə bütün rəhbər işçilər arasında Keyfiyyət və Xidmət sahəsində səlahiyyət və məsuliyyətin şəffaflıqla, diferensial bölüşdürülməsini təmin etmək;
- Hər bir işçini və ya işçi qrupunu məhsuldar çalışmağa sövq etməklə, onların Şirkətin Keyfiyyət və Xidmət üzrə Siyasətinin tətbiqində səmərəli iştirakını təmin etmək.
Keyfiyyət və Xidmət sisteminin uğurlu fəaliyyətini və davamlı inkişafını təmin etmək üçün Şirkətin əsas öhdəlikləri aşağıdakılardır:
- Məhsul və xidmətlərin keyfiyyətinin yoxlanılması, o cümlədən yoxlama metodlarının, istehsal proseslərinin göstəricilərinin statistik təhlili və daim təkmilləşdirilməsi;
- Keyfiyyət İdarəetmə Sisteminin davamlı monitorinqi, ölçülməsi, təhlili və təkmilləşdirilməsi;
- İşçilərimizin peşəkarlıq səviyyəsinin artırılmasını keyfiyyət idarəetməsinin təməli kimi qəbul edərək, mütəmadi olaraq onların müxtəlif təlim-tədris proqramlarında iştirakının təmin edilməsi.
İşin səmərəli və qüsursuz yerinə yetirilməsi istiqamətində mövcud və ya yarana biləcək problemlərin, həmçinin tətbiq edilə biləcək innovativ təkliflərin işçilər və müştərilər tərəfindən açıq müzakirəyə çıxarılması Şirkət tərəfindən alqışlanır.
Baş Direktor: Emil Əmirov