AZ | EN | RU

İT konsaltinq

İT Konsaltinq - informasiya texnologiyalarının tətbiqi effektivliyinə müstəqil ekspert qiymətinin verilməsi həmçinin biznes proseslərə dəstəyin verilməsi ilə bağlı layihə əsaslı fəaliyyət növüdür. Məlumdur ki, biznes proseslərin avtomatlaşdırılması müəssisənin gəlirini artırır. Beləki, informasiya texnologiyaları biznesi daha aşkar, idarəolunan və öncədən proqnozlaşdırılan edir. Lakin hər bir konkret halda məhz hansı texnologiyalar tətbiq edilməlidir? Bu sualın cavabı həm texniki həm də maddi nöqteyi nəzərdən əsaslandırılmalıdır.

Məhz bu səbəbdən Cybernet Şirkəti İT konsaltinq üzrə xidmətlər təklif edir. Sorğunuza əsasən ekspertlərimiz: cari infrastruktur, sisteminizi qiymətləndirəcək və sistemin təkmilləşdirilməsinə dair məsləhətlər verəcək, aparat-proqram məhsulunun strukturunu hazırlayacaq, reviziya və refaktorinq təşkil edəcək, mövcud aparat-proqram həllinizin texniki cəhətdən qiymətləndirilmısini təşkil edəcək, texnologiyaların tətbiqi ilə bağlı xüsusi suallara dair konsultasiya edəcək, əməkdaşlarınızla bilik və təcrübəsini bölüşəcək, proqram təminatı və instrumentari məsələləri ilə bağlı metodologiyanın hazırlanmasına dair konsultasiya təşkil edəcək.