AZ | EN | RU

HRM - İnsan Resurslarının İdarəsi

Şirkətin İnsan resurslarının idarəsini texnalogiya ilə birləşdirir.  İri məlumatların hesablanmasını, arxivləşdirilməsini və istifadəsini asanlaşdırdır.

HRM sistemlər ən çox əhəmiyyət daşıyan sistemlərdən biridir. Cybernet bu sahədə güclü təcrübəyə malikdir. Bu tipli sistemlər müxtəlif dövlət strukturları və özəl qurumlarda tətbiq edilmişdir. HRM sistemi növbəti funksiyaları daşıyır:

  • Namizədlərin məlumatlarının idarəolunması
  • Ümumi məlumatların idarəolunması
  • Maaş və məvacibin hesablanması
  • Ezamiyyələrin qeydiyyatı
  • Karyeranın qurulması və planlaşdırılması
  • Təçkilati strukturun planlaşdırılması
  • İş vaxtının hesablanmasıvə ştat cədvəlinin idarəolunması
  • Namizədlərin ilkin seçimi
  • Müxtəlif kvalifikasiyaların hazırlanması və onlara uyğun namizədlərin seçimi
  • Xərclərin idarəolunması
  • İş vaxtının planlaşdırılması

Müasir dövrdə müəssisələrdə (təşkilatlarda) işləyən işçilərin fəaliyyətinin qiymətləndirilməsi, onlarin peşə səviyyələrinin və professional bacarıqlarının müəyyənləşdirilməsi müəssisə(təşkilat) rəhbəri üçün ən vacib məsələlərdən biridir. Bu, işçi resurslarının məqsədəuyğun və effektiv istifadəsi üçün zəmin yaradır. İşçilərin əmək fəaliyyətinin obyektiv təhlili müəssisədə (təşkilatda) kadr işinin keyfiyyətinə müsbət təsir göstərir. Yəni, kadrların düzgün yerləşdirilməsi əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur. İşçilərin fəaliyyətinin qiymətləndirilməsi, onların vakant yerlərə təyin edilməsi, sınaq müddətində, cari işlərin yerinə yetirilməsində, vəzifə dəyişikliyi edilməsində, işdən azad edilməsində, işçinin bilik səviyyəsinin müəyyən edilməsində düzgün mövqe tutmağa köməklik edir.

Təqdim olunan "Fəaliyyətin qiymətləndirilməsi" modulu müəssisədə (təşkilatda) işləyən hər bir işçisinin potensial imkanlarının açılmasına, müəssisənin (təşkilatın) strateji hədəflərinin reallaşdırmasında bu potensialı yönəltməyə, işçilərin qiymətləndirilməsi prosesini avtomatlaşdırmağa və müəssisənin işinin daha səmərəli qurulmasına köməklik göstərmək məqsədilə yazılmışdır.

Proqramda aşağıdakı göstərilən qiymətləndirmə növləri vardır:

  • mütəxəssisin və ya işçinin qiymətləndirilməsi
  • menecerin və ya rəis heyətinin qiymətləndirilməsi
  • struktur vahidinin fəaliyyəyinin qiymətləndirilməsi

Müəssisələrdə (təşkilatlarda, idarələrdə, şirkətlərdə və s.) fəaliyyətin real qiymətləndirilməsi aşağıdakı sahələrin yüksək idarə olunmasına müsbət təsir göstərir:

  • insan resurslarının idarə olunması
  • biznes proseslərinin idarə olunması
  • maliyyə əməliyyatlarının idarə olunması

"Fəaliyyətin qiymətləndirilməsi" proqramının hazırlanması, məhz bu məqsədə xidmət edir. Proqramda şərti olaraq aşağıda göstərilən anlayışlardan istifadə olunur:

  • Mütəxəssis - struktur vahidində (şöbədə, xidmətdə, bölmədə, qrupda və s.) işləyən və üst vəzifəlilərə tabe olan işçilər başa düşülür.
  • Menecerlər - struktur vahidində müxtəlif səviyyəli rəis heyəti başa düşülür.