AZ | EN | RU

Cybernet şirkəti Tacikistan Respublikasında Dünya Bankının dəstəyi ilə keçirilən tenderdə iştirak etmişdir.

Cybernet şirkəti Tacikistan Respublikasında Dünya Bankının dəstəyi ilə keçirilən tenderdə iştirak etmişdir.Tender Tacikistan Respublikası Hökuməti yanında Vergi Komitəsində İslahatlar Layihəsi çərçivəsində İnsan Resurslarının İdarə edilməsi İnformasiya Sisteminin təchizatı, tətbiq olunması, istismarı və inteqrasiyası üçün xidmətlərin alınması üzrə elan edilmişdir.

Tenderə 9 şirkət maraq göstərmiş , lakin 5 şirkət təklif paketi ilə iştirak etmişdir. Cybernet şirkətinin HRMİS (İnsan Resurslarının İdarə edilməsi İnformasiya Sistemi) üzrə Azərbaycanda bir sıra dövlət idarələrində analoji layihəni tətbiq olunmasında uğurlu təcrübəsi vardır. HRMİS  namizədlərin məlumatlarının idarə olunması, maaş və məvacibin hesablanması, ezamiyyətlərin qeydiyyatı, iş vaxtının hesablanması və ştat cədvəlinin idarə olunması, müxtəlif kvalifikasiyaların hazırlanması və onlara uyğun namizədlərin seçimi və s. funksiyaları özündə cəmləşdirir.

15 Aprel 2016-cı il Düşənbədə keçirilən təkliflərin açılışı mərasimi baş tutmuşdur.Tenderin birinci mərhələsi üzrə nəticələr yaxın günlərdə elan olunacaqdır.

Cybernet şirkətinin nümayəndələri Tacikistan Respublikasında səfər çərçivəsində Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri,cənab Abbasəli Həsənovla görüşmüşdür.Bundan əlavə, Tacikistanın müxtəlif dövlət və özəl sektor nümayəndələri ilə görüşlər keçirilmişdir. Görüşlərdə şirkətimizin Tacikistan bazarında fəaliyyətinin genişləndirilməsi üçün mümkün perspektivlər və yollar müzakirə olunmuşdur.