AZ | EN | RU

Cybernet şirkətinin Amcham Azərbaycanın təşkil etdiyi tədbirdə təqdimatı böyük maraqla qarşılanmışdır .

Cybernet şirkəti 15 Aprel 2016-cı il Hyatt Regency otelində Amcham Azərbaycanın hər ay təşkil etdiyi, üzvlərin təqdimatı ilə əlamətdar olan tədbirdə iştirak etmişdir.Tədbirə Dövlət Departamentinin İqtisadi və Biznes işləri üzrə Büro Katibinin Birinci Müavinin Köməkçisi Kurt Tonq xüsusi qonaq qismində qatılmışdır.

Cybernet şirkətinin Layihələr üzrə meneceri Şəhla Məmmədova tədbirdə çıxış edərək iştirakçılara şirkətin fəaliyyəti,təqdim etdiyi həllər barədə geniş məlumat vermişdir. Cybernet şirkətinin hazırladığı və hal hazırda Caspian Development Bankda (CDB) tətbiq olunan Orion Avtomatlaşdırılmış Bank Sistemi, o cümlədən, internet və mobil bankçılıq həlləri haqqında da ətraflı təqdimat keçirilmişdir. Şirkətimizin Yeni Nəsil Elektron xidmət həlləri tədbir iştirakçılarının xüsusi marağına səbəb olmuşdur. Yeni Nəsil Elektron xidmətlər Asan imza, mobil ID vasitəsilə elektron xidmətlərdən yararlanmaq imkanı verən yeni nəsil innovativ həldir.Bu həll əsasən internetə çıxış imkanı məhdud olan, komputerbacarıqları zəif olan və çox məşğul istidafəçilər üçün işlənib hazırlanmışdır.

28.04.2016