AZ | EN | RU

"Cybernet" MMC Tacikistandakı Layihəsini Uğurla Tətbiq Etdi

Tacikistan Respublikasında  “Məlumatların Nəzarət Kassa Aparatlarına elektron ötürülməsi üçün GSM modullarının, Tacikistan Respublika Vergilər Komitəsinin  serverləri ilə Nəzarət Kassa Aparatlarının arasında elektron əlaqənin yaradılması üçün proqram təminatının alınması” layihəsinin həyata keçirilməsi üçün tenderin qalibi olmuş "Cybernet" şirkəti layihəni uğurlu şəkildə tətbiq etməkdədir.

Beləliklə, "Cybernet" MDB-də Azərbaycan Respublikasının vergi fəaliyyəti sahəsində təcrübəsini, xüsusilə kassa aparatları ilə manipulyasiyaların məhdudlaşdırılması və Vergi Komitəsinin mərkəzi server və ölkə üzrə NKA-lar arasında məlumatların vaxtı vaxtında mübadiləsinin monitorinqini tətbiq edən ilk şirkət oldu. Sözügedən layihə ilə "Cybernet" beynəlxalq arenada ilk uğuruna imza atmaqla, həmçinin, Azərbaycan təcrübəsini hüdudlarımızdan kənarda tətbiq etməyə başladı. İcraçı şirkət qarşısında layihə tələblərinə uyğun olaraq EÖQ (Elekton Ötürücü Qurğular) istehsalı, EÖQ–lar üçün proqram təminatının hazırlanması, avadanlıqların quraşdırılması, test və həyata keçirilməsi, yerlərdə mütəxəssislərin tədrisi, təlimlərin keçirilməsi, yerli texniki dəstək qrupunun yaradılması, EÖQ-ların proqram təminatının NKA-larının proqram təminatları ilə uyğunlaşdırılması və s. kimi məsələlər qoyulmuşdur.

Layihə planına uyğun olaraq  şirkət mütəxəssisləri qarşıda qoyulan məsələlərin həllini uğurla həyata keçirməkdədirlər. EÖQ-lər tələb olunan həcmdə istehsal olunaraq , proqram təminatı ilə birlikdə sifarişçiyə təqdim olunmuşdur. Hal-hazırda layihə planına uyğun olaraq Tacikistan Respublikasında istifadə edilən, müxtəlif istehsalçılara məxsus və müxtəlif tip proqram təminatı əsasında fəaliyyət göstərən Nəzarət Kassa Aparatlarının "Cybernet"-in məhsulu olan Elektron Ötürücü Qurğuların proqram təminatı ilə uyğunlaşdırılması prosesi həyata keçirilir.

10.07.2013