AZ | EN | RU

Biz Kimik

Cybernet MMC Azərbaycanda İnformasiya Texnologiyası xidmətləri və həlləri təqdim edən aparıcı şirkətlərdən biridir. Şirkət  Proqram Təminatının yazılması, Sistem Arxitekturasının Hazırlanması, İT infrastrukturunun qurulması ilə məşğul olur.Dövlət, Bank, Telekommunikasiya, iri və orta biznes qurumlarına istiqamətlənən şirkət  korporativ idarəetmə, maliyyə biznesin avtomatlaşdırılması üzrə  qabaqcıl proqram və aparat  həllərinin tətbiqi, təkmilləşdirilməsi, texniki dəstək və inteqrasiyası xidmətləri təklif edir. Cybernet Azərbaycanda Dövlət xidmətlərinin  avtomatlaşdırılmasıelektron xidmətlərinin yaradılmasında böyük rol oynamışdır.

Şirkətin uğurlarının açarı proqram məhsullarını hazırlayan yüksək ixtisaslı mütəxəssislər komandasının olmasıdır. Təlim və sertifikatşadırılmaya əsaslanan kadr siyasətinin nəticəsi olaraq hazırda şirkətdə çalışan 100-ə yaxın mütəxəssisin 30-dan çoxu ən mürəkkəb biznes sistemlərinin, həmçinin informasiya və kommunikasiya həllərinin hazırlanması, təkmilləşdirilməsi və dəstəklənməsi hüququ verən beynəlxalq sertifikatlara malikdir. 

Şirkətin 2011-ci ildə Synergy Groupun tərkibinə keçməsinin nəticəsi olaraq holdinqin strateji dəstəyi və digər biznes istiqamətləri ilə birləşmə gücü şirkət qarşısında yeni sahələrə aid bazarların açılmasına, məhsul, xidmət və səlahiyyət spektrinin genişlənməsinə səbəb oldu. Nəticədə şirkət əməkdaşlığın yeni forma və üsullarını təklif edərək bazarda kompleks innovativ layihələrin hazırlanması və inkişaf etdirilməsi imkanı qazandı.

Cybernet şirkətinin mürəkkəb proqram məhsullarının tətbiqi və inkişafı sahəsində fəaliyyəti həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Şirkət 2007-ci ildə hazırladığı məhsula görə “İntellekt” mükafatı, 2010-cu ildə yubiley medalı ilə təltif olunub, 2013-cü ildə “İlin İT şirkəti” seçilib, bir sıra beynəlxalq hesabatlarda adı qeyd olunub.