AZ | EN | RU

Siyasətimiz

KEYFİYYƏT VƏ XİDMƏT ÜZRƏ SİYASƏT

Cybernet MMC-nin (bundan sonra şirkət) rəhbərliyi və şirkətdə çalışan bütün işçilər qəbul olunmuş qanunvericiliyə və beynəlxalq tələblərə tam uyğun şəkildə məhsul istehsalını və dəstək xidmətini, bu sahədə müştərilərlə bağladığı Xidmət Səviyyəsi Razılaşmasının tələblərinin vaxtında və keyfiyyətli icrasını öhdəlik kimi qarşısına məqsəd qoymuşdur.

Şirkət proqramlaşdırma sahəsində qabaqcıl texnologiya və metodlardan istifadə etməklə Azərbaycan və dünya bazarında yüksək mövqeləri tutmağı hədəfləyir.

Şirkətimiz, sadəcə olaraq, müştərilərinə məhsul satmaqla və xidmət göstərməklə kifayətlənmir, həmçinin məhsul və xidmətlərimizin tətbiqinə dair məsləhətlər verir və yardım göstərir.

Keyfiyyət və Xidmət üzrə Siyasətimizin əsas prinsipləri aşağıdakılardır:

  • Keyfiyyət və Xidmət üzrə Siyasətin Şirkətin strateji hədəflərinə uyğunluğunu təmin etmək;
  • Məhsul və xidmətlərin əsas keyfiyyət xüsusiyyətlərini müəyyən edən proseslərə və texnologiyalara maksimum diqqət yetirilməsini təmin etmək;
  • Davamlı araşdırma və müştərilərimizin rəy, tələb və gözləntilərinin təhlili əsasında onlara qarşı səmimi, keyfiyyətli və gülərüz xidmət göstərmək,  onların qarşılaşdıqları çətinlikləri operativ həll etməklə yüksək müştəri məmnuniyyəti çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı təmin etmək;
  • Şirkətdə  bütün rəhbər işçilər arasında Keyfiyyət və Xidmət sahəsində səlahiyyət və məsuliyyətin şəffaflıqla, differisianal bölüşdürülməsini təmin etmək;
  • Hər bir işçini və ya işçi qrupunu məhsuldar çalışmağa  sövq etməklə, onların var qüvvələri ilə  Şirkətin  Keyfiyyət və Xidmət üzrə Siyasətinin tətbiqində səmərəli iştirakını təmin etmək.

Keyfiyyət və Xidmət sisteminin uğurlu fəaliyyətini və davamlı inkişafını təmin etmək üçün istifadə olunan əsas metodlar:

  • Məhsul və xidmətlərin keyfiyyətinin yoxlanılması, o cümlədən yoxlanılması metodlarının, istehsal proseslərinin göstəricilərinin statistik təhlili və daim təkmilləşdirilməsi;
  • Keyfiyyət İdarəetmə Sisteminin davamlı monitorinqi, ölçülməsi, təhlili və təkmilləşdirilməsi;
  • İşçilərimizin peşəkarlıq səviyyəsinin artırılmasını keyfiyyət idarəetməsinin təməli kimi qəbul edərək, mütəmadi olaraq onların müxtəlif təlim-tədris proqramlarında iştirakının təmin edilməsi.

İşin səmərəli və qüsursuz yerinə yetirilməsi istiqamətində  mövcud və ya yarana biləcək problemlərin, həmçinin tətbiq edilə biləcək innovativ təkliflərin işçilər və müştərilər tərəfindən açıq müzakirəyə çıxarılması Şirkət tərəfindən alqışlanır.

 

Baş Direktor: İlham  Namazov