AZ | EN | RU

İctimai Əlaqələr (PR) üzrə menecer

İctimai Əlaqələr (PR) üzrə menecer

Vəzifə öhdəlikləri:

·         Kütləvi İnformasiya Vasitələri ilə əlaqələr strategiyasının tərtib olunması, şirkət, onun xidmət vəməhsulları haqqında məlumatın yerləşdirilməsi üçün daha da əlverişli mənbələrin müəyyən edilməsi

·         İctimai Əlaqələr üzrə layihə və tədbirlərin tərtib və idarə olunması (təqdimat mərasimləri, sərgilər, konfranslar, və s.): büdcənin planlaşdırılması, tədbirlərin təşkili, layihə çərçivəsində sənədlərin hazırlanması və onun nəticələri əsasında yekun məruzənin tərtib olunması, və s.

·         Məqalələrin, press-relizlərin, mətbuat konfransları və təqdimatlar üçün materialların hazırlanması

·         İctimai əlaqələr üzrə nəticələrin monitorinqi və təhlili

·         Şirkətin xarici imici haqqında məlumatın toplanması

·         Podratçılarla işin təşkili (reklam şirkətləri, dizayn studiyalar, konfrans xidmətlər və s.)

·         Şirkətin internet səhifəsinin monitorinqi və məlumat dəstəyi

·         Şirkətin strategiyasının social şəbəkələrdə həyata keçirilməsi

·         Reklam və məlumat xarakterli materialların, poliqrafiyanın tərtibi və çapa nəzarət

·         Şirkətin cari strategiyasından asılı olaraq,yeni kanal və PR alətlərdən istifadə edərək, yeni hədəf auditoriyanın cəlb olunması

·         Müvafiq mütəxəssislərə marketinq araşdırmalarda, marketinq strategiyasının hazırlanmasında dəstəyin göstərilməsi

 

Namizədlərə qarşı irəli sürülən tələblər:

·         Ali təhsil (ictimai əlaqər, jurnalistika, marketinq və reklam sahələrində təhsili olan namizədlərə üstünlük verilir)

·         PR və marketinq sahəsində 3-5 il iş təcrübəsi

·         İT və yüksək texnologiyalar sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir

·         Sosial şəbəkə və bloqlarda səhifələrin idarəetmə təcrübəsi

·         Dil bilikləri:Azərbaycan və Rus dilləri - mükəmməl səviyyədə, İngilis dili orta səviyyədə

·         Kreativlik, təşəbbüskarlıq, innovativ yanaşma

·         Təşkilati bacarığlar

·         Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları

·         Reklam və məlumat xarakteri daşıyan məqalələrin yazılması qabiliyyəti

 

İş şərtləri və şəraiti:

·         İş qrafiki:sərbəst iş rejimi (mütəxəssisin Bazar ertəsi – Cümə günləri saat 9:00 - 13:00 saatlarında iş yerində olmasına üstünlük verilir)

·         Sosial paket:tibbi sığorta, mobil danışıqların ödənişi

 

 

Namizədlər öz ərizə formalarını (CV) “İctimai Əlaqələr (PR) üzrə menecer” mövzusu altında hr@cybernet.az elekton ünvanına göndərə bilərlər

 

 

 

 

20.11.2017