AZ | EN | RU

Java Full Stack Developer

J2EE platormasında qurulmuş Framework üzərində çalışan proqram təminatı üzrə texniki dəstək həyata keçirilməlidir. Proqramçının əsas vəzifəsi yeni alt sistemlərin hazırlanması, mövcud alt sistemlərdə dəyişikliklərin edilməsi, xətaların aradan qaldırılması və s.  texniki dəstəyi həyata keçirmək olacaq. Bunun üçün proqramçıdan əsas göstərici kimi mövcud alt sistemlərin biznes məntiqlərinin sürətli şəkildə mənimsənilmə və komandada işləmə bacarığı tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Proqram təminatının hazırlanması və düzəlişlərin edilməsi
  • Proqram təminatında yaranan xətaların aradan qaldırılması
  • Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi
  • Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması
  • Proqram təminatının inkişafının və proseslərinin optimallaşdırılmasının təmin edilməsi
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması

Əsas tələblər:

  • Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində bakalavr dərəcəsi)
  • Proqramçı vəzifəsində ən azı 1 (bir) il iş təcrübəsi
  • İngilis dili - yaxşı,  Rus dili - yaxşı
  • Alqoritmləşdirmə bacarığı
  • Proqramlaşdırma dilləri: Java
  • Skript dilləri: SQL
  • Verilənlər Bazasının İdarəetmə Sistemləri(VBİS): Oracle,PostgreSql,MySQL
  • Application Serverlər: Apache Tomcat, JBoss 
  • Texnologiyalar: J2EE, Hibernate/JPA, Spring Boot,Spring MVC,  PL/SQL, XML,  JAX-WS, JAX-RS,HTML, Java Script,Angular JS
  • Əməliyyat sistemləri: Windows, Linux
  • Qərar vermə və problem həll etmə bacarığı
  • Planlaşdırmaq və təşkil etmək bacarığı
  • Komandada işləmək bacarığı
  • Mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı
  • Proqram təminatının biznes məntiqlərinin texniki sənədlərini hazırlama bacarığı
  • Stressə davamlılıq
  • Fasiləsiz öyrənməyə meylilik
  • Nəticəyə fokuslanma bacarığı

İş şəraiti:

  • Tibbi sığorta
  • Mükafat və bonus sistemi
  • Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Qeyd olunan tələblərə cavab verən namizədlər anket məlumatlarını (CV) “Full stack developer” mövzusu altında hr@cybernet.az elekton ünvanına göndərə bilərlər

28.05.2019