AZ | EN | RU

Veb proqramçı (Full Stack Developer)

Proqramçının əsas vəzifəsi: "BackEnd" tərəfi Rest servislər vasitəsilə çalışan İnformasiya Sisteminin, "FrontEnd" tərəfi - Veb Portalın hazırlanmasıdır. Eyni zamanda hazırlanmış veb portalda dəyişikliklərin edilməsi, xətaların aradan qaldırılması və s. texniki dəstəyi həyata keçirmək.

Vəzifə öhdəlikləri:

  • Proqram təminatının hazırlanması və düzəlişlərin edilməsi
  • Proqram təminatında yaranan xətaların aradan qaldırılması
  • Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi
  • Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması
  • Proqram təminatının inkişafının və proseslərinin optimallaşdırılmasının təmin edilməsi
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması

 

Əsas tələblər:

  • Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində bakalavr dərəcəsi)
  • Proqramçı vəzifəsində ən azı 2 (iki) il iş təcrübəsi
  • İngilis dili - yaxşı,  Rus dili - yaxşı
  • Alqoritmləşdirmə bacarığı
  • Proqramlaşdırma dilləri: PHP
  • Verilənlər Bazasının İdarəetmə Sistemləri(VBİS): MySQL
  • Application Serverlər: Apache
  • Texnologiyalar: HTML, CSS3, JavaScript, JQuery,Angular JS,React JS, Bootstap, SOAP REST webservices, SQL.
  • Əməliyyat sistemləri: Windows, Linux
  • Qərar vermə və problem həll etmə bacarığı
  • Planlaşdırmaq və təşkil etmək bacarığı
  • Komandada işləmək bacarığı
  • Mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı
  • Proqram təminatının biznes məntiqlərinin texniki sənədlərini hazırlama bacarığı
  • Stressə davamlılıq
  • Fasiləsiz öyrənməyə meylilik
  • Nəticəyə fokuslanma bacarığı

İş şəraiti:

  • Tibbi sığorta
  • Mükafat və bonus sistemi
  • Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

 

Qeyd olunan tələblərə cavab verən namizədlər anket məlumatlarını (CV) “Full stack developer” mövzusu altında hr@cybernet.az elekton ünvanına göndərə bilərlər

 

22.05.2019