AZ | EN | RU

Hesabatçı (Software Developer)

Vəzifə öhdəlikləri:

  • Proqram təminatının hazırlanması və düzəlişlərin edilməsi
  • Proqram təminatında yaranan xətaların aradan qaldırılması
  • Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi
  • Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması
  • Proqram təminatının inkişafının və prosseslərinin optimallaşdırılmasının təmin edilməsi
  • Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması və s.

Əsas tələblər:

  • Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində)
  • Müvafiq  vəzifədə ən azı 1 (bir) il iş təcrübəsi
  • İngilis - yaxşı,  Rus - yaxşı
  • Alqoritmləşdirmə bacarığı
  • Proqramlaşdırma dilləri: Java/C++/C#
  • Skript dilləri: SQL
  • Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS): Oracle
  • Texnologiyalar: PL/SQL,Business intelligence (BI)
  • Əməliyyat sistemləri: Windows, Linux
  • Mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı
  • Proqram təminatının biznes məntiqlərinin texniki sənədlərini hazırlama bacarığı
  • Məsuliyyətlilik, stressə davamlılıq, nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları

İş şəraiti:

  • “VIP paket” tibbi sığorta
  • Mükafat və bonus sistemi
  • Əmək haqqı – Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Qeyd olunan tələblərə cavab verən namizədlər anket məlumatlarını (CV)  “Hesabatçı” mövzusu altında hr@cybernet.az elekton ünvanına göndərə bilərlər

 

10.04.2019