AZ | EN | RU

Biznes analitik

Vəzifə öhdəlikləri:

  • Layihə çərçivəsində müştərinin (sifarişçi təşkilatın, qurumun) biznes-prosseslərinin öyrənilməsi üçün lazım olan intervyu planın, resurs siyahısının tərtib edilməsi və intervyuların aparılması;
  • Layihə çərçivəsində müştəri ilə aparılmış intervyuların nəticəsi olaraq texniki sənədlərin (texniki tapşırıq, dizayn sənədi, use-case və s.) hazırlanması;
  • Biznes-proseslərin optimizasiyası, analizi və modelləşdirilmə işlərinin planının hazırlanması və onun birbaşa rəhbər ilə razılaşdırılması;
  • Biznes-proseslərin optimizasiyası, analizi və modelləşdirilmə işlərinin aparılması;
  • Optimallaşdırılmış biznes proseslərinə görə korporativ informasiya sistemlərində dəyişikliklər etmək üçün texniki sənədlərin yazılmasında iştirak etmək;
  • Təyin olunmuş layihələrin plana görə müddətlərin və digər şərtlərin yerinə yetirilməsinə nəzarət etmək;
  • İş proseslərini optimallaşdırmaq üçün yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflərin verilməsi;
  • Layihə çərçivəsində hazırlanan məhsulun müştəriyə təqdim edilməsi üçün tələb olunan təqdimat materialların (təqdimat sənədi, təhvil-təslim aktı və s.) hazırlanması və lazımi təqdimat, təlim proseslərinin aparılması;
  • Qurulan modellər üzrə Sifarişçi üçün təqdimatların keçirilməsi.
 

Vəzifəyə dair tələblər:

  • Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
  • İT sahəsində biznes-analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrubəsi
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis
  • Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində biliklər
  • Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı

 

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Biznes analitik” mövzusu altında hr@cybernet.az elektron ünvanına göndərə bilərlər.

 

31.01.2019